• 23 Aprel 2024
logo
Bu nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək

Bu nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək

Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.
Report-un əldə etdiyi məlumata görə, Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.
Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərlə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.
Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar Nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü.