• 12 Noyabr 2024
logo
Qadının qısa ətək və hündürdaban geyinməsi onu təhlükə altında qoymurmu?

Qadının qısa ətək və hündürdaban geyinməsi onu təhlükə altında qoymurmu?

“Mayson Car Club” - Bakıda yerləşən sertifikatlı və peşəkar ustalara sahib müasir avtomobil servis şəbəkəsində avropa üslublu tələbləri sosial şəbəkədə və digər mediada müzakirəyə səbəb olub.
Bir neçə gün öncə “sarı”-mediallarda müzakirəyə başlanan bir mövzü - qadın azadlıqları əleyhinə şərhlərinə səbəb oldu. Bunun səbəbi kimi, şirkətin nümayəndələri – dürüstlü olmayan addımları ilə özünə “reytinq” qazanmaq istəyən jurnalistləri günahlandırıllar.
Bir neçə “tanınmış” media sadacə məlumatları kontekstdən çıxardıb, əyri bucaqda təqdim etməklə kifayətlənsələr belə, bəziləri xanımları alçadmaq və kişilərimizi pis tərəfdən göstərmək ilə məşğuldurlar. Məsələn “XXX” medianın korrespondenti tərəfindən verilən sual, sitat belə səslənir: “Qadın administratorun həm işçi, həm də müştəri baxımından əsasən kişilərlə işlədiyi mühitdə qısa ətək və hündürdaban uniforma geyinməsi onu cinsi qısnama baxımından təhlükə altında qoymurmu?”
• Bu sualdan bir başa məlum olur ki, 2000 min il tarixçəsinə malik olan, zəngin mədəniyyətli və dünya görüşü açıq olan Azarbaycan xalqının kişiləri, hər hansı qısa ətək və hündürdaban geyinən xanımlara qarşı bir başa təhlükədir.
Nəticədə reytinq qazanıb, lakin insanlar arasında bu kimi çirkin şərhlərin yayımlanmasına səbəb olan internet media və xəbər portallarının nə əldə etdikləri məlum deyil. Bir tərəfdən turistlərin axımına mane olan, xaricdən Azərbaycana gələn, avropada qəbul olunan tərzdə geyinən turist xanımları qorxudan məlumatların yayılması; digər tərəfdən xalqın içində xanımların sərbəstliyinə əleyhinə, kişilərin xanımlara – xanımlar isə kişilərə qarşı xoşagəlməz müzakirlərin səbəbi olan bu addımları “Mayson” şirkətin rəhbərləri dəstəkləmirlər.
Yüksək beynalxalq standartları qoruyan və keyfiyyəti birinci prioriteti olan Mayson şirkəti bildirir ki, vakansiya üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur:
“Həkim, müəllim, kosmonavt və digər peşələrin sahiblərinə xüsusi uniforma tələbləri ilə dünyanın hər bir yerində rast gəlinir. Bu normal bir haldır. Adatən dress-kod tələbləri satış, marketinq və ya iş rejiminin meyarlarından irəli formalaşır.
Mayson Car Club Şirkəti Azərbaycan Respublikasının Konstitusiyasını və təsdiq olan qanunlarını qoruyub icra edərək, hər kəsdən, cinsindən, yaşından, həmçinin geyimindən asılı olmayaraq bərəbərhüquqlu yanaşmanı tədbiq edir. Biz Avropa və Amerikanın ən uğurlu, ən effektiv praktikalarını, o cümlədən insan resursları üzrə idarəetmə təcrübəsini Azərbaycana gətirərək çoxusuna nümunə ola biləcək bir biznesi idarə edirik.
Mayson Car Club olaraq vakansiya üzrə tələb olunan şərtlərində qanuna və əxlaqazidd hər hansı bir uyğunsuzluq yoxdur. Vakansiyaya müraciət edən namizədlərə vəzifə üzrə qeyd olunan şərtlər haqqında məlumatlar verilir və razı olduğu təqdirdə müsahibəyə çağırılır.
Bizim üçün hər bir əməkdaşımız dəyərlidir! Onu da bildirmək istəyirik ki, qadınlara qarşı aparılan "alçaltma", "ayrı-seçkilik" və qanunsuz aparılan tədbirlərin və siyasətlərin əleyhinəyik. Ona görə "anti-qadın" postları, qadınların seçim azadlığını məhdudlaşdırılan məqalələrin internet media və xəbər portallarında yerləşdirib, onun üzərindən ucuz reytinq qazanmaq kimi tədbirləri etməməyi tövsiyə edirik.
Mərkəzimizdə müştərilərimizin cinsindən, geyimindən və digər fərqləndirən meyarlardan asılı olmayaraq rahatlığını təmin etmək üçün müxtəlif avtomobil markalarına Bakının fərqli nöqtələrində yerləşən servis mərkəzlərimizdə sürətli və peşəkar ustalarımız ilə yağdəyişmə və avto-servis xidmətləri göstəririk”.
Mövzu ilə bağlı artıq video çarx da mövcuddur.