• 16 İyul 2019
logo
add image
Şəmkirdə “VAZ-2107” və “ZİL” toqquşub, ölən var

Şəmkirdə “VAZ-2107” və “ZİL” toqquşub, ölən var

Şəmkir rayonu ərazisində “VAZ-2107” və “ZİL” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 27-də saat 15 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini Elmar Tağıyevin idarə etdiyi “VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.