• 8 Dekabr 2024
logo
Ukraynadan təxliyə edilən 1056 Azərbaycan vətəndaşı Polşaya keçib

Ukraynadan təxliyə edilən 1056 Azərbaycan vətəndaşı Polşaya keçib

Ukraynada döyüş əməliyyatları başlayandan bu gün saat 07:00-a qədər artıq 129 ölkədən olan 672 429 vətəndaş, o cümlədən 1056 Azərbaycan vətəndaşı Polşada sığınacaq tapıb.
Polşanın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, qaçqınlar Polşanın hər yerində yerləşdirilib, onlara qayğı və dəstək göstərilib, həmçinin mənşə ölkələrinə qayıtmaq imkanı yaradılıb.
Bildirilib ki, Polşanın dövlət idarəetmə orqanları Ukraynadan olan qaçqınların təhlükəsizliyini və layiqli qalma şəraitini təmin etmək üçün xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir.
"Azərbaycan Respublikasının Varşavadakı Səfirliyinin təşkilatçılığı ilə Bakıya təxliyə reyslərindən istifadə etmək imkanı olan Azərbaycan vətəndaşlarına da həmçinin qayğı göstərilir", - qeyd olunub.