• 25 Aprel 2024
logo
Xalq artisti xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağır stabildir

Xalq artisti xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağır stabildir

Xalq artisti Rafael Dadaşov xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xalq artisti dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.