• 10 Dekabr 2023
logo
Ukraynadakı azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrılıb

Ukraynadakı azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrılıb

Ukraynadan təxliyə olunmaq istəyən azərbaycanlılar üçün səfirlik tərəfindən avtobuslar təşkil olunur.
Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bildirilib ki, qaynar xəttə daxil olan müraciətlərin hamısı araşdırılır.
“Zəng edən vətəndaşlardan pasportlarının surəti, telefon nömrələri tələb olunur, olduqları məkan dəqiqləşdirilir. Artıq iki avtobus şirkəti ilə danışıb müqavilə bağlamışıq. Avtobuslar Dnepr, Kiyev, Xarkov, Odessadan həmvətənlərimizi götürür və sərhəd-keçid məntəqələrinə gətirir. Odessada yaşayan azərbaycanlılar Moldova, Rumıniya sərhədinə, Lvovda, Kiyevdə yaşayanlar isə Macarıstan, Slovakiya sərhədinə gətirilir”, - qeyd olunub.
Vurğulanıb ki, təxliyə üçün müraciət edənlərin sayı 2000-ə yaxındır.