• 11 Dekabr 2023
logo
Mehriban Əliyeva Əlibaba Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib

Mehriban Əliyeva Əlibaba Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib.
Birinci vitse-prezidentin başsağlığı paylaşımında deyilir:
“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.

Mehriban Əliyeva Əlibaba Məmmədovun vəfatı ilə bağlı başsağlığı veribMehriban Əliyeva Əlibaba Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib