• 25 Aprel 2024
logo
Bakıda külək 8 ağacı aşırdı - İki avtomobilə ziyan dəydi

Bakıda külək 8 ağacı aşırdı - İki avtomobilə ziyan dəydi

Bakıda gecə saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, güclü külək əsasən Yasamal və Səbail rayonlarında müşahidə olunub:

"Ötən gün axşam saatlarından başlayan külək şəhərin bəzi yerlərində fəsadlar törədib. Güclü külək Yasamal və Səbaildə təsirsiz ötüşməyib. Nəticədə 8 ağac aşıb, bir çoxunun budaqları qırılıb və 2 avtomobilə ziyan dəyib".

O.Məmmədov bildirib ki, qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Hazırda da işçilər tərəfindən şəhərin bir çox yerlərində aqrotexniki işlər aparılır".