• 24 Noyabr 2020
logo
DSX əməkdaşları gəmidə özünü pis hiss edən İran və Rusiya vətəndaşlarını xilas edib

DSX əməkdaşları gəmidə özünü pis hiss edən İran və Rusiya vətəndaşlarını xilas edib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizinə çıxan üzmə va­si­tələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.

DSX-dən verilən məlumata görə, 01 dekabr 2019-cu il tarixində saat 17:50 radələrində İran İslam Res­­publikasına məxsus Hövsan rey­din­də olan “Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvü – İİR vətəndaşları 1976-cı il təvəllüdlü Ab­ditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəl­lüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əla­qədar öz­lərini pis hiss etmələri haqqında məlumat daxil olub. Dövlət Sər­həd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxi­rəsalınmaz tədbirlər görülüb və onların Musa Nağıyev adına təcili tib­bi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub.

Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mər­kə­zin­dən Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan rey­din­də hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstəril­məsi barədə məlumat daxil olub. Xəstənin tibbi təxliyəsi üçün təxirə­salınmaz tədbirlər görülüb, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunub.