• 29 Noyabr 2023
logo
Baş Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin edilib

Baş Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) rəis müavini təyin edilib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, BDYPİ şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev rəis müavini təyin olunub.
DİN mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, Namidan Piriyev bundan qabaq BDYPİ şöbə rəisi idi.