AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin köməkçisi də olub.