• 1 Dekabr 2023
logo
Qanunsuz miqrasiya ilə bağlı 10-a yaxın şəxs axtarışa verilib, 97 saxta möhür aşkarlanıb

Qanunsuz miqrasiya ilə bağlı 10-a yaxın şəxs axtarışa verilib, 97 saxta möhür aşkarlanıb

Qanunsuz miqrasiya ilə məşğul olmaqda təqsirləndirilən 7 nəfər istintaqa cəlb edilib.
Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, qeyd olunan cinayət işləri Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır: “Bu cür qanunsuz miqrasiyanın təşkili və saxta sənədlərlə vizaların rəsmiləşdirilməsi faktı ilə bağlı cinayət işləri var. Bu işlər üzrə 7 nəfər barəsində cinayət işi başlanıb və 10-a yaxın şəxs isə axtarışa verilib. Axtarışlar zamanı müxtəlif dövlət qurumlarına aid 97 saxta möhür aşkarlanıb”.
N. Əvəzov, həmçinin Avropadan Azərbaycana qaytarılan şəxslərlə bağlı danışıb. O bildirib ki, xarici ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi prokurorluq tərəfindən təmin edilib.