• 11 Dekabr 2023
logo
“Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi hazırlanacaq

“Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi hazırlanacaq

“Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.