• 2 Dekabr 2023
logo
İranla sərhəddə tapılan bağlamada 12 kq narkotik aşkarlanıb

İranla sərhəddə tapılan bağlamada 12 kq narkotik aşkarlanıb - FOTO 

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər¬həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, fevral ayının 7-də DSX Sərhəd Qo¬şun¬larının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yar¬dımlı rayonu¬nun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta¬vasının xidməti sahə¬sin¬də sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanmışdır.
Bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər mad¬də¬lər aşkar¬lanaraq götürülmüşdür.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.