• 21 Oktyabr 2020
logo
Bakıda xüsusi amansızlıqla öldürülən qadınla bağlı TƏFƏRRÜATLAR

Bakıda xüsusi amansızlıqla öldürülən qadınla bağlı TƏFƏRRÜATLAR

Bakıda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, hadisə noyabrın 28-də saat 23 radələrində baş verib. 22.03.1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” cay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 05.03.1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb.

Məmmədov Sərxan Xanlar oğlu Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulub.