• 29 Noyabr 2023
logo
Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir

Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq milli-mənəvi dəyərdir- ictimai müzakirələr” mövzusunda layihənin icrasına başlayır.
Layihə çərçivəsində dövlətin əsas istiqamətindən biri olan multikulturalizm siyasətinin əsasını təşkil edən azərbaycançılığın təşviq edilməsi məqsədilə silsilə televiziya müzakirələrinin canlı yayımlanması və sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
Layihə dövründə “Ümummilli Lider H. Əliyev çağdaş Azərbaycançılıq ideyasının siyasi banisidir”, “44 günlük Vətən müharibəsində milli birliyimiz Zəfər qazandı”, “Dövlətin əsas siyasi istiqamətlərindən biri Azərbaycançılıqdır”, “Multikulturalizm Azərbaycançılıq ideyasının tərkib hissəsidir” və “XX əsrin əvvəllərində Azərbaycançılıq ideyasının təşəkkül tapması” mövzularında proqramlar hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri “youtube”da, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda, Fasebook sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.
Layihənin məqsədi dövlətimizin əsas siyasi istiqamətlərindən birinə çevrilən Azərbaycançılıq ideyasının təşviq edilməsinə xidmət edən televiziya müzakirələrini təşkil etməkdir.