• 11 Dekabr 2023
logo
DSX-nın hərbçisi qeyri-döyüş şəraitində vəfat edib

DSX-nın hərbçisi qeyri-döyüş şəraitində vəfat edib

Fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.
DSX-dan verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.