• 12 İyul 2025
logo
İtkin düşən 48 yaşlı Ağdam sakininin meyiti Bakıda tapıldı

İtkin düşən 48 yaşlı Ağdam sakininin meyiti Bakıda tapıldı

Bakıda küçədən meyit tapılıb.
Trend-in məlumatına görə, Yasamal rayonu, R.Tağıyev küçəsi 20 ünvanında naməlum kişi aşkarlanıb.
Məlum olub ki, meyit bir müddət əvvəl itkin düşmüş Ağdam rayonunun Gözəlov küçəsində yaşayan 1971-ci il təvəllüdlü Kazımov Tofiq Eyyub oğludur.
Hazırda ölümün səbəbləri ilə bağlı araşdırmalar aparılır.