Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhələnən iki tələbə qız evə buraxılıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, tələbələrin səhhəti normallaşdığından onlar bu gün saat 14:50-də Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən evə yazılıblar.
Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib,1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.