• 25 Aprel 2024
logo
Ağdamda bu il minalardan təmizlənəcək ərazilərin sahəsi açıqlanıb

Ağdamda bu il minalardan təmizlənəcək ərazilərin sahəsi açıqlanıb

"Ağdamda 8200 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.
Bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib.
R. Məmmədov deyib ki, bu il Ağdam ərazisində 9400 hektar civarında ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi planlaşdırılır.