• 27 May 2022
logo
Kəlbəcər və Laçında qoşunların fasiləsiz hərəkəti təmin edilir

Kəlbəcər və Laçında qoşunların fasiləsiz hərəkəti təmin edilir - VİDEO

Azad olunmuş rayonlarda qoşunların fasiləsiz hərəkəti təmin edilir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən fəaliyyətlər davam etdirilir.