• 26 Aprel 2024
logo
Diaspor təşkilatının sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə işgüzar görüş keçirib

Diaspor təşkilatının sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə işgüzar görüş keçirib

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Rəşid Məmmədov Azərbaycana səfəri çərçivəsində Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikos Piperigos və Yunan Dostluq Assosiasiyasının sədri Səidə xanım Mehdiyeva ilə işgüzar görüş keçirib. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, Rəşid Məmmədov səfirə Cəmiyyətin Yunanıstanda fəaliyyəti barəsində məlumat verib. Eyni zamanda əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.