• 18 May 2022
logo
İrandan Azərbaycana 30 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 30 kq narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafi¬zəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.
Bu barədə DSX Mətbuat Mərkəzinin məlumatında bildirilib.
Məlumata görə, yanvarın 22-də saat 19:45 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd nar¬yadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa¬dılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucu¬larından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olma¬sından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanıl¬ıb. Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib, əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram nar¬ko¬tik vasitə və psixotrop həblərə bənzər (16200 qram “marixuana”, 7444 qram “heroin”, 3545 qram “metamfetamin”, 440 qram “tiryək” və 1680 ədəd “metadon-40” həbi) maddələr aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.