• 26 Aprel 2024
logo
Xaricdə gizlənən 32 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib

Xaricdə gizlənən 32 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib

Ötən il koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr möhkəmləndirilib.
Bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.
K. Əliyev bildirib ki, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan Baş prokurorluqları, Belarus İstintaq Komitəsi ilə ikitərəfli əməkdaşlıq sənədləri imzalanmış, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş Prokurorları Şurasının ilk iclası Bakıda keçirilməklə Şura təsis olunub. Baş Prokuror onu da qeyd edib ki, qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilməklə xaricdə gizlənən 32 şəxs tutularaq ölkəmizə ekstradisiya edilib.