• 2 May 2024
logo
Baş Prokuror: Ötən il 10 min 943 şəxsə Amnistiya tətbiq edilib

Baş Prokuror: Ötən il 10 min 943 şəxsə Amnistiya tətbiq edilib

Ötən il ərzində 10 min 943 şəxs barəsində Amnistiya aktı tətbiq edilib.
Bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.
O bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir. Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib.