• 19 Aprel 2024
logo
Ermənistanın törətdiyi cinayətlərlə bağlı başlanan cinayət işlərinin bəziləri üzrə icraat dayandırılıb

Ermənistanın törətdiyi cinayətlərlə bağlı başlanan cinayət işlərinin bəziləri üzrə icraat dayandırılıb

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı başlanılan cinayət işlərinin bəziləri ilə əlaqədar icraat dayandırılıb.
Bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib.
O bildirib ki, həmin cinayət işləri üzrə Ermənistan vətəndaşları axtarışa verilib, bütün istintaq hərəkətlərini həyata keçirilib: “Bu səbəbdən hazırda həmin cinayət işləri ilə bağlı icraat dayandırılıb”.