• 28 Mart 2024
logo
Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub

Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub

Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə idarəsi məlumat yayıb.
Saat 19.08-də baş verən yeraltı təkanlar Kaspiysk şəhərində hiss edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.