• 20 Oktyabr 2020
logo
Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı

Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Gürcüstandan "Volkswagen Golf" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Mazımçay" gömrük postunda saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı it avtomobilin sürücüsünə reaksiya verib. Şəxsi yoxlamadan əvvəl şifahi sorğu-sual olunan vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində kağıza bükülü, ümumi çəkisi 1 qram olan marixuana bitkisi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.