• 26 May 2022
logo
Dnepr şəhərində 20 Yanvar şəhidləri yad edilib

Dnepr şəhərində 20 Yanvar şəhidləri yad edilib

Nəcəf Əhmədov: "20 Yanvar Azərbaycan xalqımın qürur günüdür"

Ukraynanın Dnepr şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə anım tədbiri olub. Xalqcəbhəsi.az xəbər verir ki, tədbir Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Ukrayna-Azərbaycan mədəni-işgüzar mərkəzinin bazasında keçirilib. "Diaspornews.az xəbər verir ki, anım mərasimində diaspor üzvləri, Dnepropetrovsk vilayətinin rəsmi qurumlarının nümayəndləri, tələbələr iştirak ediblər.
Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Sonra Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğının mahiyyəti və səbəbi haqqında geniş məlumat verib.
"20 Yanvar xalqımızın qürur günüdür. Həmin gün müstəqillik yolunda ilk şəhidlərimizi verdik. Şəhidləri unutmadıq və unturmayacağıq"-deyə Nəcəf Əhmədov öz çıxışında qeyd edib.
Digərləri də çıxış edərək bildiriblər ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Daha sonra 20 Yanvarla bağlı film nümayiş olunub.
Sonda Nəcəf Əhmədov Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresi və Dnepr Milli Texniki Universitetinin birgə keçirdiyi “Qara Yanvar: Azərbaycanın müstəqilliyinin dəyəri” mövzusunda esse müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.