• 24 Aprel 2024
logo
Misirli tələbə Ümumxalq Hüzn Günündə şəhidlərə həsr olunmuş şeirlə çıxış edib

Misirli tələbə Ümumxalq Hüzn Günündə şəhidlərə həsr olunmuş şeirlə çıxış edib

Misir-Azərbaycan Dostluq Cəmiyyətində fəaliyyət göstərən Azərbaycan dili kurslarının müdavimi, Qahirə Universitetinin tələbəsi Fatima Şakir 20 Yanvar – Ümumxalq Hüzn Günündə xalqımızla həmrəylik nümayiş etdirərək Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini söyləyib. Qeyd edək ki, misirli tələbə Azərbaycanın digər şairlərinin də şeirlərini səsləndirir, həmçinin Misir mətbuatında ölkəmiz haqqında məqalələrlə çıxış edir.