• 20 Aprel 2024
logo
Sabunçu dəmir yolu stansiyasında avtomat aşkarlanıb

Sabunçu dəmir yolu stansiyasında avtomat aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Miqunov saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 40 qram tiryək və 1 ədəd avtomat patronu götürülüb.
Ətrafında aparılan tədbirlərlə onun Sabunçu dəmir yolu stansiyasının ərazisində gizlətdiyi nömrəsi silinmiş “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 27 ədəd patron da aşkar edilərək götürülüb.