• 25 Oktyabr 2020
logo
Bulvarda dənizə düşən məktəbli qızı xilas etdilər

Bulvarda dənizə düşən məktəbli qızı xilas etdilər

Bakıda dənizə düşən məktəbli qız xilas edilib.
Trend-in məlumatına görə, hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.
Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.
Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Yeniyetmə qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.