• 6 İyul 2025
logo
Azadlıq prospektində yolu keçən piyadanı maşın vurub öldürdü

Azadlıq prospektində yolu keçən piyadanı maşın vurub öldürdü

Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.