• 26 Aprel 2024
logo
Bakı-Şuşa və Bakı-Ağdam avtobuslarına biletlərin qiyməti açıqlanıb

Bakı-Şuşa və Bakı-Ağdam avtobuslarına biletlərin qiyməti açıqlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm marşrut avtobuslarına biletlərin qiymətləri açıqlanıb.
Belə ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.
Bakı-Şuşa-Bakı biletinin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı avtobuslarının qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) 7 manat, Bərdə-Ağdam-Bərdə (express) 5 manat, Füzuli BHL - Şuşa (express) biletinin qiyməti isə 6 manat təşkil edəcək.
Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.