• 25 Aprel 2024
logo
FHN: Ötən sutka 14 yanğına çıxış olub, 8 nəfər xilas edilib

FHN: Ötən sutka 14 yanğına çıxış olub, 8 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHNü zərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda intihara cəhd edən 1 nəfər xilas olunub. Həmçinin, 08.01.2022-ci il tarixində Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən su kanalındakı mürəkkəb hidrotexniki qurğunun içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.