• 23 Oktyabr 2020
logo
Zəhərlənən tələbələrlə bağlı son xəbər

Zəhərlənən tələbələrlə bağlı son xəbər

Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbə qızların müalicəsi bir neçə gün davam etdiriləcək.

Bu barədə məlumat Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilib. Qeyd edilib ki, tələbələrin vəziyyəti stabil olaraq qalır:

“Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı İbadova və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Dillubə Qismət qızı Quliyevanın xəstəxanada müalicələri davam etdirilir. Təxminən 1-2 gün sonra onların evə buraxılması planlaşdırılır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənmişdi. Nəticədə tələbələrdən biri - Şəkər Xasmətova dünyasını dəyişmişdi, ikisi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.