• 27 Yanvar 2022
logo
Borca görə axtarışda olan 64 nəfər saxlanılıb

Borca görə axtarışda olan 64 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 96 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 74 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.