• 21 İyul 2019
logo
add image
FHN: Biləsuvarda qəzada ölənlərin şəxsiyyəti müəyyənləşdirilir

FHN: Biləsuvarda qəzada ölənlərin şəxsiyyəti müəyyənləşdirilir

Biləsuvarda ağır yol qəzası baş verib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına isttinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “LADA” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ВАЗ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.