Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb. O, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. S. Bağırov əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.