• 24 Yanvar 2022
logo
İki yaşlı uşağı oğurlamaqda təqsirləndirilən qadın barəsində həbs qətimkan tədbiri seçilib

İki yaşlı uşağı oğurlamaqda təqsirləndirilən qadın barəsində həbs qətimkan tədbiri seçilib

Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradova barəsində həbs qətimkan təbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu işdə saxlanılan iki nəfər barəsində isə hələlik məhkəmə qərarı yoxdur.
Qeyd edək ki, ötən il dekabrın 29-da 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu rayonu Sabunçu qəsəbəsində yaşadığı evdən oğurlanıb. Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində oğurlanan uşaq tapılıb.
2 yaşlı M. Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər.
İstintaq hərəkətləri davam etdirilir.
İki yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.