• 21 Yanvar 2022
logo
Kürdəmirdə mikroavtobus aşıb, ölən və yaralılar var

Kürdəmirdə mikroavtobus aşıb, ölən və yaralılar var

Kürdəmirdə ağır yol qəzası baş verib. Ölən və yaralananlar var.
APA-nın əldə etdiyi məlumata görə, Ağdam-Bakı-Ağdam marşrutu üzrə işləyən, 1976-cı il təvəllüdlü Quliyev Elgiz Mirzə oğlunun idarə etdiyi mikroavtobus aşaraq qəzaya uğrayıb. Bakı-Qazax magistralının Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verən qəzada Xəlilov Rahib Osman oğlu ölüb, bir neçə nəfər ağır yaralanıb.
İlkin məlumata görə, yaralılar siyahısı belədir:
Quliyev Elgiz Mirzə oğlu,
Xəlilova Şövkət Əhməd qızı,
İbrahimov Cəlal Qüdrət oğludur.
Digər yaralıların kimliyi barədə məlumat yoxdur. Şahidlərin dediyinə görə qəzaya səbəb asfaltın buz bağlaması olub.