• 26 May 2022
logo
Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum olub

Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum olub

Şuşada minaya düşərək həlak olan şəxslərin adları məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, mina partlaması nəticəsində həlak olanlar Qobustan rayon sakini Orxan Xanatov və İsmayıllı rayon sakini Vüsal Qəndiyevdir.
Qeyd olunub ki, onlar bu gün səhər saat 9 radələrində Şuşa şəhərinin Daşaltı kəndi ərazisində tikinti-quruculuq işləri aparan zaman minaya düşərək həlak olublar.
Faktla bağlı araşdırma aparılır.