• 29 Mart 2024
logo
Şuşada iki nəfər minaya düşərək həlak olub

Şuşada iki nəfər minaya düşərək həlak olub - YENİLƏNİB

Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
12.56

Şuşada iki nəfər minaya düşərək ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Daşaltı kəndində quruculuq işləri ilə məşğul olan iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.
Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.