• 19 Mart 2024
logo
Gürcüstanda “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərgi keçiriləcək

Gürcüstanda “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərgi keçiriləcək

Dekabrın 8-də Gürcüstan Milli Muzeyində Ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərginin rəsmi açılış mərasimi olacaq. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev iştirak edəcək.
Sərgi Gürcüstan Milli Muzeyinin əsas zalında cari il dekabrın 15-dək ziyarətçilərə açıq olacaq.