• 19 Mart 2024
logo
Füzulidə ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat götürülüb

Füzulidə ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat götürülüb - FOTO 

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Polis əməkdaşları 1 minaatan qurğusu, 1 avtomat, 1 qumbaraatan, 56 qumbaraatan mərmisi, 22 əl qumbarası, 21 partladıcı vasitə, 1 rabitə qurğusu, 20 sandıq, 1600 patron, 124 ədəd 30 mm-lik mərmi və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.