• 21 Yanvar 2022
logo
Amnistiya aktı nəticəsində bu gün 114 nəfər azadlığa buraxılacaq

Amnistiya aktı nəticəsində bu gün 114 nəfər azadlığa buraxılacaq

Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsində amnistiya şamil edilən 9 nəfər azadlığa buraxılıb.
Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova bildirib.
O deyib ki, yuxarıda adıçəkilən müəssisədən daha 10 nəfərin gün ərzində azadlığa buraxılması nəzərdə tutulub.
A.Sabitovanın sözlərinə görə, bu gün 5 müəssisədən 114 nəfər azadlığa buraxılacaq.
Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnitsiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnitsiya aktı tətbiq edilib.