• 29 Mart 2024
logo
DSX rəisi: “Prezident İlham Əliyev və Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı tapşırıqlarını veriblər”

DSX rəisi: “Prezident İlham Əliyev və Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı tapşırıqlarını veriblər”

“Helikopter qəzasında həlak olanların dəfni ilə bağlı bilavasitə Birinci vitse-prezident Mehriban Əliyeva tapşırıqlar verib. Ondan öncə Prezident İlham Əliyev öz tapşırıqlarını verib”.
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.
DSX rəisi qeyd edib ki, dəfn tədbirləri sabah gün ərzində valideynlərlə məsləhətləşərək həyata keçiriləcək.