• 26 Aprel 2024
logo
DSX rəisi: “Səngəçal aerodromundan qalxan helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb”

DSX rəisi: “Səngəçal aerodromundan qalxan helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb”

Bu gün Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.
Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-pol¬kovnik Elçin Quliyev deyib.
General qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunduqlarını deyib.