• 27 May 2022
logo
Helikopter qəzasını araşdıran istintaq qrupuna Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini rəhbərlik edir

Helikopter qəzasını araşdıran istintaq qrupuna Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini rəhbərlik edir

Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması ilə bağlı hadisənin araşdırılması yaradılmış üçün istintaq qrupuna peşəkar müstəntiqlər daxil edilib.
Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.
E. Məmmədov bildirib ki, istintaq qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib: “Helikopterin düşdüyü ərazidə “qara qutu” aşkar edilərək, müvafiq qaydada qablaşdırılaraq götürülüb. Həmin sübutun tədqiqi peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək”.
Onun sözlərinə görə, hazırda ilkin səbəblərin müəyyənləşdirilməsi üçün istintaq aparılır: “İstintaqın hazırkı mərhələsində helikopterin qəzaya uğramasında hər hansı müdaxilə inkar olunur. Yaradılmış istintaq qrupunun üzvləri tərəfindən digər versiyalar araşdırılır.
Hava şəraiti, pilotun ehtiyatsız davranışı və s. mələlərlə bağlı araşdırmalar aparılır”.
“İstintaqı peşəkar müstəntiqlər aparır. İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla, onun icraatına verilib”, - deyə E. Məmmədov qeyd edib.