• 23 Aprel 2024
logo
DSX-nın qəzaya uğramış helikopterinin qalıqları

DSX-nın qəzaya uğramış helikopterinin qalıqları - FOTO - VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) bu gün səhər qəzaya uğramış hərbi helikopterinin qalıqları ətrafa səpələnib. APA-nın hadisə yerində olan müxbiri helikopterin qalıqlarını görüntüyə alıb. Qeyd edək ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Qəza nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub: 1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu; 2. polkovnik Nəzirov Emil Nəzir oğlu; 3. mayor Həsənov Elmir Mircəlil oğlu; 4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 5. mayor Mayılov Emil Şahid oğlu; 6. mayor Məmmədov Murad Yaşar oğlu; 7. mayor Əliyev Emil Elman oğlu; 8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 9. kapitan Bayramlı Cavid Əhliman oğlu; 10. kapitan Əliyev Xəyyam Əlixan oğlu; 11. kapitan Qaraisayev Teymur Ənvər oğlu; 12. leytenant Süleymanov Abdulla Telman oğlu; 13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu; 14. işçi Nəbiyev Elçin Fikrət oğlu. Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.